SON DƏQİQƏ
» » Bakı Forumunda sosial medianın təsirləri müzakirə olunur

Bakı Forumunda sosial medianın təsirləri müzakirə olunur

Tarix:

2-05-2024, 12:24

/ 2 613 dəfə oxundu.
Bakı Forumunda sosial medianın təsirləri müzakirə olunur

Bakıda mayın 1-də işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda plenar sessiya keçirilir.
GunAz.az xəbər verir ki, iclasda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Departamentinin rəhbəri Luçin Razoui, Amerika Dövlətləri Təşkilatının komissarı Fernando Lottenberq, Strateji Araşdırmalar İnstitutunun direktoru səfir Sahil Məhəmmədin, Argentina müdafiə nazirinin müşaviri, jumalist Brayan Mayer, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Aleksandru Qiboyi, “Kaliber” analitik xəbər bülletenin baş analitiki Orxan Amaşov iştirak ediblər. 
Panel iştirakçıları sosial medianın gündəlik həyatda istifadəsi, şəbəkələrin informasiya mübadiləsinə təsirləri, sosial media platformalarından səmərəli istifadənin formalaşdırılması imkanlarından bəhs edib, müzakirələr aparıblar.
İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Departamentinin rəhbəri Luçin Razoui qeyd edib ki, sosial media bütün dünyada insanların həyatını asanlaşdırıb, informasiya axınını sürətləndirib:
“Bu, insanların intellektual potensialının yüksəlməsinə səbəb olur. Eyni zamanda sosial media sahəsində mədəni bağlar da möhkəmlənib. Sosial medianın mənfi tərəfi isə dezinformasiyaların asanlıqla yayılmasına, hətta bu səbəbdən addımların, siyasətlərin dəyişməsinə gətirib çıxarmasıdır. Yanlış məlumatların sürətlə yayılması da düşmənçiliyi, mənfi münasibətlərin formalaşmasını artırır. Nəticədə insanların bir-birindən uzaqlaşdığını, həmrəylik prinsipinin pozulduğunu müşahidə edirik”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ