SON DƏQİQƏ

Suriyada növbəti terakt:8 ölü, 20 yaralı

Tarix:

7-04-2018, 20:20

/ 10 254 dəfə oxundu.
Suriyada növbəti terakt:8 ölü, 20 yaralı

Suriyanın Hələb şəhərinin Əl-bab mahalında Böyük məscid yaxınlığında bomba yüklənmiş maşın partladılıb.

Gunaz.az xəbər verir ki, Hələb Mülki Müdafiə müdiri Əmmar Selmo hadisə nəticəsində 8 mülki vətəndaşın öldüyünü, 20 nəfərin yaralandığını bildirib. O, yaralıların vəziyyətinin ağır olduğundan ölü sayının arta biləcəyini deyib.

Hələlik heç bir qruplaşma teraktın məsuliyyətini öz üzərinə götürməyib.

Qeyd edək ki, Əl-bab mahalı ötən ilin fevral ayında Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Fərat qalxanı” hərbi əməliyyatları nəticəsində İŞİD-dən təmizlənmişdi.

скачать dle 12.1

Şərhlər