SON DƏQİQƏ
» » Suriyalı qaçqınlar Afrinə geri qaytarılacaq? AÇIQLAMA

Suriyalı qaçqınlar Afrinə geri qaytarılacaq? AÇIQLAMA

Tarix:

9-03-2018, 12:21

/ 10 279 dəfə oxundu.
Suriyalı qaçqınlar Afrinə geri qaytarılacaq? AÇIQLAMA

Suriyanın Afrin bölgəsinin azad olunmasından sonra bu əraziyə 200 min suriyalı qaçqın qayıdacaq".
Gunaz.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini terrorçulardan mütləq azad edəcəklər:

"Hazırda Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsində 800 kv.km əraziyə nəzarət edirlər".
Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Türkiyənin sayı 3 milyon nəfəri ötən suriyalı qaçqınları öz vətənlərinə qaytaracağını bildirmişdi.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ