SON DƏQİQƏ
» » Türkiyə Silahlı Qüvvələri Afrinin 4 kilometrliyində

Türkiyə Silahlı Qüvvələri Afrinin 4 kilometrliyində

Tarix:

9-03-2018, 09:44

/ 10 291 dəfə oxundu.
Türkiyə Silahlı Qüvvələri Afrinin 4 kilometrliyində

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrinin mərkəzinin 4 kilometrliyində qərarlaşıb.

ONN media xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən Türkiyə mətbuatı xəbər yayıb.

Qeyd edək ki, Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 157 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Ötən gün isə Türkiyə SQ "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsinin Cinderes qəsəbəsini tam azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ