SON DƏQİQƏ
» » Qruplaşmaların Hmeymim bazasına raket hücumu canlı və maddi xəsarətlərlə nəticələnib

Qruplaşmaların Hmeymim bazasına raket hücumu canlı və maddi xəsarətlərlə nəticələnib

Tarix:

6-08-2019, 18:50

/ 1 308 dəfə oxundu.
Qruplaşmaların Hmeymim bazasına raket hücumu canlı və maddi xəsarətlərlə nəticələnib

Ötən gecədən başlayaraq, qruplaşmalar Suriyanın şimalında Rusiya ordusunun nəzarətindəki Hmeymim bazasına raketlər atıblar. Bu hücum maddi və canlı xəsarətlərlə nəticələnib.

GunAz.az  bu barədə SANA-a istinadla xəbər verir.

SANA Suriya Ordusunun hərbi mənbələrinə istinadla bildirib ki, qruplaşmaların atdığı raketlərin bir qismi Hmeymim bazasının ətrafındakı yaşayış məntəqlərinə düşüb.

Əlavə edilib ki, bu hücum Hmeymim ətrafındakı məntəqələrdə maddi və canlı xəsarətlərə səbəb olub.

Qeyd edək ki, Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı ötən gün bəyanat yayaraq, Həma əyalətinin şimalı və İdlibin cənubunda radikal terror qruplaşmalarına qarşı hərbi əməliyyata başlayacağını bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ