SON DƏQİQƏ
» » Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib

Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib

Tarix:

8-08-2019, 19:10

/ 1 297 dəfə oxundu.
Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib

 Suriya Ordusu Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda iki kəndi radikal qruplaşmalardan geri alıb.

GunAz.az  əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu Həma əyalətinin şimalında əs-Səxr  və Təll-Səxr kəndlərini "ən-Nusra Cəbhəsi" radikal qruplaşması və onunla müttəfiq olan "Ceyşul-İzzə" birləşməsindən geri alıb.

Məlumata görə ordunun bölgədə növbəti hədəfi ət-Taminə və Kəfər-Zita qəsəbələridir.

Ordunun quru qüvvələri ağır artileriyadan, hava qüvvələri isə səmadan qruplaşmaların nəzarətindəki ət-Taminə və Kəfər-Zita qəsəbələrini hədəfə almaqdadır.

Hərbi ekspertlər bu hədəflərdən sonra Suriya Ordusunun qarşısında Murik və Xan-Şeyxun şəhərlərinin geri alınması hədəfinin durduğunu bildirirlər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ