SON DƏQİQƏ
» » Suriya ordusu 7 ildən sonra strateji kəndi azad edib

Suriya ordusu 7 ildən sonra strateji kəndi azad edib

Tarix:

7-08-2019, 20:50

/ 1 275 dəfə oxundu.
Suriya ordusu 7 ildən sonra strateji kəndi azad edib

Suriya Ordusu Həma əyalətinin şimalında əl-Ərbəin qəsəbəsindən sonra əz-Zəkat strateji kəndini də radikal "ən-Nusra Cəbhəsi" və onunla müttəfiq olan qruplaşmalardan geri alıb.

GunAz.az  Suriya məbuatına istinadla xəbər verir ki, ordu ötən gecə əl-Ərbəin qəsəbəsini aldıqdan sonra bu gün sübh bölgədə yerləşə strateji əz-Zəkat kəndini də azad edib.

Yeddi ildən sonra azad edilən bu kəndi nəzarətə götürməklə ət-Taminə və Kəfər-Zita yolu da ordunun asan hədəfinə çevrilib.

Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı 3 gün öncə bəyanat yayaraq qruplaşmaların İdlibdə deskalasiya zonasının atəşkəs şərtlərinə əməl etməməsini bildirmiş və burada hərbi əməliyyata başlayacağını bəyan etmişdi.

Xatırladaq ki, iki il öncə Rusiya və Türkiyənin vasitəçiliyi ilə bölgə ilə bağlı əldə edilən atəşkəs son 4 ayda ciddi şəkildə pozulur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ