SON DƏQİQƏ

Daha bir ölkə Suriyaya ordu yeridir

Tarix:

13-04-2017, 21:29

/ 2 726 dəfə oxundu.
Daha bir ölkə Suriyaya ordu yeridir

İordaniya Suriyanın cənubunda Azad Suriya Ordusu ilə birgə İŞİD terror qruplaşmasına qarşı əməliyyata hazırlaşır.
Gunaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda İngiltərədə ərəb dilində çıxan "El Arabi El Cedid” qəzeti yazıb.
Əməliyyatın hədəfi İŞİD-in de-fakto paytaxtı hesab edilən Rakkaya qarşı keçiriləcək əməliyyatdan sonra İŞİD üzvlərinin ölkənin cənubuna, yəni İordaniya-Suriya sərhədinə qaçmasının qarşısını almaqdır. Məqsəd hazırda İŞİD-lə bağlı olan qrupları zərərsizləşdirərək İordaniya-Suriya sərhədində terrordan təmizlənmiş bölgə yaratmaqdır.
Xəbərə görə, Azad Suriya Ordusunun Suriyanın cənubunda "Cənub Cəbhə” adlı birləşməsinin bəzi komandirləri İordaniyaya çağırılıb. Əməliyyatın nə zaman və hansı şəkildə keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edilir ki, Böyük Britaniyanın baş naziri Tereza Meyin ötən həftə İordaniyaya, daha əvvəl isə İordaniya Kralı II Abdullahın ABŞ-a səfərində əməliyyata hazırlıq müzakirə edilib. ABŞ və Britaniyanın qurudan hərəkət edəcək Azad Suriya Ordusuna havadan dəstək verəcəyi bildirilir.
Qeyd edək ki, İŞİD Suriya-İordaniya-İraq sərhədinin üçbucağında yerləşən Tenef sərhəd keçid məntəqəsini təxminən bir il ərzində əlində saxlamışdı. Azad Suriya Ordusu 2016-cı ilin martında strateji bölgəni yenidən ələ keçirib.
Daha əvvəl isə Londonda çıxan "El Hayat” qəzeti İordaniyanın İngiltərə və ABŞ-la birlikdə Suriyanın cənubunda əməliyyata hazırlaşdığını yazmışdı.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ