
Rusiyalı turistlər Azərbaycana səyahət etməkdən imtina etmirlər.
GunAz.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Azərbaycana turların satışda olub-olmaması və Bakıya getməyin təhlükəli olub-olmaması ilə bağlı suala “İnturist”in dəstək xidməti belə cavab verib:
“Bəli, turlar satılır, Azərbaycana turistlər gedir”.
“Sodis” şirkəti də öz növbəsində turizmin dayanmadığını bildirib:
“Hazırda münasibətlərdə müəyyən gərginlik var, lakin turizm fəaliyyətini davam etdirir”.
Zəruri olaraq qeyd edək ki, Rusiya və Azərbaycan arasında müəyyən siyasi gərginlik yaşansa da, ruslara ictimai münasibətdə heç bir dəyişiklik yoxdur.