
2026-cı il dünya çempionatında C qrupunun II turunun oyunlarına start verilib.
GunAz.az xəbər verir ki, Braziliya millisi Haiti ilə qarşılaşıb.
Görüş bu gün Bakı vaxtı ilə saat 04:30-da başlayıb.
Oyunun taleyi ilk hissədə həll olub. Braziliya Kunyanın dublu və Vinisiusun bir qoluyla birinci hissəni 3:0 öndə tamamlayıb.
Oyun elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, C qrupunun digər oyununda Mərakeş Şotlandiyanı məğlub edib: 1:0.
Dünya çempionatı
C qrupu, II tur
20 iyun
C qrupu, II tur
20 iyun
04:30. Braziliya - Haiti 3:0
Qol: Kunya, 23, 36, Vinisius, 45+3
Braziliya: Alisson, Danilo, Qabriel, Markinyos, Duqlas Santos, Kazemiro, Bruno Gimarayes, Paketa, Rafinya, Vinisius Junior, Mateus Kunya
Haiti: Plasid, Arkus, Ade, Delkrua, Eksperiens, Düvern, Belleqard, Jan Jak, Providens, Pyerro, Kazimir






























