
ƏBƏDİYYƏTƏ UÇAN TƏYYARƏ
(Azərbaycanın Milli Qəhrəmanları – təcrübəli gəmi kapitanı Kşnyakin İqor İvanoviçin, kapitan köməkçisi, gənc pilot Aleksandr Georgiyeviç Kalyaninovun, təcrübəli bələdçi Hökümə Əliyevanın və bir sözlə, ekipaj üzvlərinin əziz xatirəsinə)
Ölümə dik baxdı, dönmədi geri,
Hələ qabaqdadır arzu, diləyi.
“Narahat olmayın,” — dedi gülərək,
Səmada böyüdü geniş ürəyi.
"Kəməri bağlayın," — ürəkli olun!
O bir-bir yoxladı həm sağın, solun.
"Hər şey yaxşı olar," — dedi Hökümə,
Qorxunu əzərək seçdi düz yolun.
Güllənin, qanın da içindən keçdi,
Yaralı körpəyə nəfəsin seçdi.
Necə ürəklidir bu məğrur qadın?
O, kişi qeyrətli dünyadan köçdü.
Gəmi kapitanı — igid qəhrəman,
Köməkçi pilotla can verdi aram.
Şəhidlər ucaldı uca məqama,
Ruhlara yol açdı böyük bir aləm.
O iki bələdçi — mərd ürəkli can,
Sağ çıxdılar od-alovdan, gör haçan?
Xilas etdi qədim Türk Qazax eli,
Necə keçirdilər qorxu, həyəcan.
Duayla sağ qalan nurani kişi,
İmanla düzdürdü ürəyə işi.
Yalvardı Allaha, kömək eləsin,
Xatırladı olub-keçən keçmişi.
Hələ yazılmayıb neçə varağı,
Baş əyir hər kəsə vətən torpağı.
Hökümə hər zaman xatırlanacaq,
Gələr hər nəsildən onun sorağı.
Ürəklər döyünür andın içində,
Onlar nümunədir bizim üçün də.
Xalqımız unutmaz şəhidlərini,
İgidlər doğulur xalqın içində.
Qazi Hacı Həsən səlnamə yazdı,
Nə qədər vəsf etsəm, yenə də azdı.
Rauf İlyasoğlu yazdı sətirlər,
Həqiqət açılıb ürəyə sızdı.
Rauf İLYASOGLU.






























