SON DƏQİQƏ

Azərbaycanda QEYRİ-ADİ yeyinti

Tarix:

Bu gün, 16:01

/ 2 345 dəfə oxundu.
Azərbaycanda QEYRİ-ADİ yeyinti

Azərbaycanda çoban fantastik məbləğdə yeyinti ittihamı ilə həbs edilib.
GunAz.az xəbər verir ki, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus iki mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib.
Çobanın bu cinayəti nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.
Sahibkarın prokurorluğa şikayətindən sonra Nahid həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Çobanın təqsiri sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs gözləyir.
скачать dle 12.1

Şərhlər