
Murov qartalı
Şəhid komandir, Murov qartalı Raqub Orucovun əziz xatirəsinə
Şəhid komandir, Murov qartalı Raqub Orucovun əziz xatirəsinə
Qar uçqunu örtürdi ,
Səngərdə qalan izi .
Raqubun ötkəm səsi,
Ruhlandırdı bizi .
Qaya sinə gərirdi,
Külək yolu kəsirdi
Raqub hər addımında
Zirvəyə yüksəlirdi.
Murov səni çağırdı,
Cəbhə xətti yarıldı.
Düşmənin çətin səddi
Dağıdıldı, qırıldı .
Komandir, duruşun sərt,
Yollar minalı, ,çətin .
Min igid arxanda mərd,
Dayandı məğrur, mətin.
Ağdamdan ucalan səs,
Yurdundan aldın nəfəs,
Qəlbində sönməz həvəs,
Fəxr edir bilən hər kəs.
Aprel döyüşlərində
Sənə pusqu qurdular.
Şəhidlər sinəsiylə
Vətəni qorudular.
Şəhid anan qovuşdu
Öz şəhid balasına.
Raqub adı yazıldı,
Şəhidlik qalasına.
Adın düşdü dillərə,
Xalqın igid oğlu tək.
Ruhun uçdu göylərə,
Murovun qartalı tək.
Rauf ,yaz ,bilən bilsin!
Yurd dərdin görən bilsin!
Qəmləri bölən bilsin!
Unutmaz, qalan bilsin !
Rauf İLYASOĞLU
"Həkəri" qəzetinin baş redaktoru, şair- publisist, tədqiqatçı jurnalist






























