SON DƏQİQƏ

Minkəndli şəhid Bayram

Tarix:

14-06-2017, 14:41

/ 7 061 dəfə oxundu.
Minkəndli  şəhid Bayram

Ş

Binəqədi rayonunda məcburi köçkün kimi yaşayan şəhid Bayram Məmmədovun atası "Həkəri” qəzetinin şöbə müdiri Məhəmməd Mürsəloğlu hər il iyun ayında şəhid oğlunun xatirəsinə ehsan süfrəsi açır, anım tədbiri keçirir.

Bu dəfəki tədbirdə Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun rəhbəri Əlikram Müzəffər, "Azad Azərbaycan” qəzetinin redaktoru, Günaz.az saytının baş redaktoru Bilman Allahverdiyev, "Həkəri” qəzetinin baş redaktoru, Günaz.az saytının redaktoru, şair-publisist Rauf İlyasoğlu telejurnalistlər Atlaz Xanlarqızı, Ənvər Məmmədov, Rəhman Ənvəroğlu və digər qonaqlar iştirak edirdilər.
El ağsaqqalı Məhəmməd Mürsəloğlu cəmi şəhidlərimizin xatirəsinə yasin oxudu və oğlu Bayram Məmmədovun şəhidlik zirvəsinə ucalmaqla ailəyə şöhrət gətirdiyini bildirdi. Laçın rayonunun Minkənd kənd orta məktəbi şəhid Bayram Məmmədovun adını daşıyır. Bu sətirlərə müəllifinin (R.İlyasoğlunun) tərtibatçılığı ilə Bayramsız Laçın və Laçınsız Bayram kitabı işıq üzü görmüşdür. Vətənimizin azadlığı uğrunda şəhid olmuş soydaşlarımız heç zaman unudulmur. Onlar ən yüksək məqama çatmışlar. Şəhidlərin xatirəsini anmaq, yad etməklə onları unutmuruq.
"Şəhidləri ağlamazlar. Şəhidlər ölməzdir, ölməzi ağlamazlar”.
Arzu edirik ki, erməni quldurları tərəfindən işğal olunmuş ərazilərimizi tezliklə azad edək, şəhidlərimizin ruhunu da şad edək.

 
Rauf İlyasoğlu
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ