SON DƏQİQƏ
» » Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - Rəsmi açıqlama

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - Rəsmi açıqlama

Tarix:

Bu gün, 16:57

/ 2 340 dəfə oxundu.
Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - Rəsmi açıqlama

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Bu barədə GunAz.az-a AQTA-dan bildirilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.
Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.
скачать dle 12.1

Şərhlər