
Mənə şair demə
Mənə şair demə ,qardaş,
Vurğun ruhu məni qınar,
Mənə şair demə, qardaş,
Ürəyim od tutub yanar .
Cavid, Müşviq vətənində
Söz bağının gülü solmaz,
Dinc olmaram bir an mən də,
Ürəyimə sevinc qonmaz .
Bizi eldən ayırsalar,
Varlığımı həsrət sarar,
Başım üstə qəm dolanar,
Dərd qəlbimdə qərar tutar.
Bu millətin zilləti çox,
Ürəyinin həsrəti çox,
Dərd qəlbinə sancılan ox,
Sevinci od tutub yanar.
Həsrət qaldın dağlarına,
Rauf, solan bağlarına ,
Qovuşmasan çağlarına ,
Səni vətən çətin anar,
Səni vətən çətin anar .
Rauf İLYASOGLU.






























