Mənə şair demə

Mənə şair demə
 Mənə şair demə

Mənə şair demə, qardaş,
Vurğun ruhu məni qınar,
Mənə şair demə, qardaş,
Ürəyim od tutub yanar .

Cavid, Müşviq vətənində
Söz bağının gülü solmaz,
Dinc olmaram bir an mən də,
Ürəyimə sevinc qonmaz .

Bizi eldən ayırsalar,
Varlığımı həsrət sarar,
Başım üstə qəm dolanar,
Dərd qəlbimdə qərar tutar.


Bu millətin zilləti  çox,
Ürəyinin həsrəti çox,
Dərd qəlbinə sancılan ox,
Sevinci od tutub yanar.

Həsrət qaldın dağlarına,
Rauf, solan  bağlarına ,
Qovuşmasan   çağlarına ,
Səni vətən çətin anar,
Səni vətən çətin anar .

Rauf İLYASOGLU.

скачать dle 12.1
Geri qayıt