SON DƏQİQƏ
» » Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"

Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"

Tarix:

17-12-2021, 08:55

/ 3 483 dəfə oxundu.
Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"


    İgid mayor Vüsal Vəliyevin şəhadət şərbətini içdiyi gündən bir il su kimi axdı getdi. Ruhun, su kimi şəffaf, üzündəki nur kimi nurlu, şad və mehriban görünüşün kimi şad olsun igidim.
    Sənin ildönümünü yad eləmək üçün bütün qohum-əqrəban, böyüyüb başa çatdığın  Dizə kənd əhli, dostların, Hərbi akademiyadan 2009-cu il buraxılışı məzun yoldaşların, Şərur rayon rəhbərliyi və ictimaiyəti sənin gül qoxulu məzarının başına yığışmışdılar.
Əminəm ki, sənin o gözə görünməyən gözəl və nur saçan ruhun hər kəsi izləyirdi. Nişanlının gətirdiyi ağ buketi, əziz ananın sənin adına əkib becərdiyi "Vüsal gülü"nü, qardaşın Elyar İslamoğlunun Bakıdan gətirdiyi qərənfilləri, Dizə kənd icra nümayəndəliyinin, Ali hərbi akademiyanı birgə bitirdiyin kursant yoldaşlarının sənin xatirənə hazırlatdıqları çələnglərə baxırdın. Baxdıqca bir az kədərlənsəndə, amma səni sevən, sənin xatirə gününə, sənin əbədi evinə gələn bu izdihamı gördükcə qürurlanırdın. Qürurlanırdın elinnən obannan uğrunda şəhid olduğun vətənin övladlarıynan, qürurlanırdın ki, səni unutmayıblar.  
Heç səni və sənin döyüş yoldaşlarını unutmaq olarmı igidim?
Bu vətənəin namusunu qoruyan siz nur üzlü şəhid və qazi balaları unutmaq olarmı, unudarmı bu Oğuz övlaları sizi?
    Şəhid mayor Vüsal Vəliyevin xatirəsinə çoxlu yazılar, məqalələr, hekayələr, şerlər yazılıb. İgid mayorun haqqında demək olar ki, bütün Azərbaycan xalqı məlumatlıdır.
Sadəcə onu xatırlatmaq istəyirəm ki, şəhid balamız Vüsal 2020-ci ilin dekabr ayının 14 də, Naxçıvan MR rəhbərliyi səviyəsində, böyük izdihamla Naxçıvan hava limanindan, "şəhidlər ölməz, vətən bölünməz" şüarlrı ilə qarşılanaraq, əbədi evi olan Şərur şəhidlər xiyabanında dəfn edilib.
Ruhunuz şad olsun əziz şəhidlərim.
    Şəhidlərimizə, qazilərimizə və onların ailələrinə diqqət və qayğıya görə MR rəhbərliyinə və rayon icra aparatlarının rəhbərliklərinə minnətdarıq.
Ədib İsaoğlu
Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"
Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"
Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"
Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"
Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"
Ananın şəhid balasına becərdiyi "VÜSAL GÜLÜ"
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ