SON DƏQİQƏ

Doğum günün mübarək ŞƏHİDİM

Tarix:

19-08-2021, 08:32

/ 1 792 dəfə oxundu.
Doğum günün mübarək ŞƏHİDİM

İgidim, ilk dəfədir ki, sənsiz ad günün olur. Bu doğum gününü atan Oruc, anan Nigar və bütün doğmaların hər il olduğundan daha möhtəşəm qeyd edəcəklər. Bilirsənmi niyə, ona görə ki, sən artıq tək valideynlərinin yox, bütün Azərbaycanın övladısan. Sənin hər gəbərtdiyin erməni leşləri bütün xalqın qisası idi. Sən bu gənc yaşında, ömrünün ən parlaq dövründə həyatını bu xalqın namus papağını geri qaytarmaq uğrunda fəda etdin. Ona görə də sənin bu ilki və bundan sonrakı doğum günlərin daha möhtəşəm qeyd olunacaq.

Doğum günündə yaxınlarınla bərabər xəbəri olan hər kəs sənin ziyarətinə, şəhid məzarının ətrafına toplanacaq. Hər il olduğu kimi anan sənin üçün tort da bişirib, şirniyyatlar da hazırlayıb süfrə düzəldəcək. Onlar səni görməsələr də, sənin o mübarək ruhun hər kəsi, bəlkədə hamıdan gizlətdiyin, heç kimə demədiyin sevgilini də görəcək. Və onda bir daha əmin olacaqsan ki, sən unudulmayıbsan, əksinə daha da çox sevilirsən. Axı bu millət şəhidini heç vaxt unutmur!..

Əliyev Lətif Oruc oğlu 21 avqust 1995-ci ildə Şərur rayonunun Xanlıqlar kəndində o mübarək gözlərini dünyaya açdı. Lətif doğulduğu illər erməni köpəklərinin xalqımıza yaşatdığı vəhşiliklərə təsadüf elədiyindən, əksər milli qüruru olan vətən övladları kimi, ermənidən qisas almaq nifrəti ilə böyüyürdü. Bu intiqam hissi Lətifi rahat buraxmadığından, bütün gücünü idmana sərf edən Lətif qarşısına bir məqsəd qoyur, hərbçi olsam bəlkə də intiqamımı daha tez ala bilərəm, bu erməni itlərindən. Bu arzusu və idmançı olması Lətifin gələcək yolunu müəyyənləşdirərək, Naxçıvan Əlahiddə Ümumqoşunlarının xüsusi təyinatlıları bölməsinə aparır. Bir neçə il xidmətdən sonra şanlı tariximiz olan 44 günlük Vətən müharibəsi başlayır. Lətif böyük həvəslə döyüş yoldaşları ilə Naxçıvandan yola düşən ilk qrupnan döyüşə atılır. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad edilməsində fəallıq göstərən cəngavər təəssüflər olsun ki, Şuşanın işğaldan azad olunmasını görə bilmir. Sən Şuşanın azadlığını görə bilməsən də, bütün Azərbaycan sənin qəhrəmanlığını, igidliyini gördü.

Ruhun şad, doğum günün mübarək olsun Şəhidim!

 

Ədib İSAOĞLU

скачать dle 12.1

Şərhlər