SON DƏQİQƏ

ANAlara, ATAlara edilən nə gözəl SƏCDƏ

Tarix:

26-06-2021, 12:34

/ 3 074 dəfə oxundu.
ANAlara,  ATAlara   edilən  nə  gözəl  SƏCDƏ

Yunus OĞUZ
Bu gün düz 200 ildən də çox bir müddətdə QƏLƏBƏ dadı yaşamayan bir xalqı Müzəffər Ordusunun yaranması günü münasibətilə təbrik etmək nə gözəl hiss, nə gözəl duyğu! VƏTƏN üçün "Öncə VƏTƏNDİR" deyən oğullar doğuran ANAlara, ATAlara edilən nə gözəl SƏCDƏ!
Bu gün bir-birimizə gözlərdə İŞIQ, səsimizdə FƏXARƏT "Bayramın mübarək" demək nə gözəl QÜRUR!
Azərbaycanın alnından çoxillik ləkəni canı ilə yuyan ŞƏHİDİM! Bu gün sənin adın qarşısında baş əymək nə qədər kövrək, nə qədər ŞƏRƏFLİ!
Sizinlə bir sırada addımlamaq nə dəyərli QAZİLƏRİMİZ!
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanı və 26 iyun tarixinin Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilməsi! Nə möhtəşəm fərman!
Bayramın mübarək, ƏSGƏRİM! Bu gün bütün mənaları ilə SƏNİN!
Bayramın mübarək, ZABİTİM! Bu gün bütün adı ilə SƏNİN!
Bayramın mübarək, GENERALIM! Bu günə gələn bütün yollar SƏNİN!
Bayramın mübarək, Azərbaycan Silahlı Qüvvələrinin səsini ŞUŞADAN gətirən, XALQInın qürurunu özünə qaytaran, MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIM!
Bu günün bizə yaşatdığı bütün FƏXARƏTlər, bu günə gələn bütün əzablı-əziyyətli yollar SƏNİN!
Ruhun şad olsun, ümummilli Lider !
скачать dle 12.1

Şərhlər