
Canın fəda etdi vətən yolunda
Şəhid Əli Heydərovun xatirəsinə
Vətənin ən ağır, çətin günündə,
Canın fəda etdi vətən yolunda.
Ürəklə gedirdi ordu önündə,
Qanın fəda etdi vətən yolunda.
Evin tək oğluydu Heydərov Əli,
Düşməndən qorudu vətəni, eli.
Ona kömək oldu Həzrəti Əli,
Canın fəda etdi vətən yolunda.
On səkkiz yaşına qədəm qoymuşdu,
İşğalçı düşməndən cana doymuşdu,
Mənfur, qansızların gözün oymuşdu,
Canın fəda etdi vətən yolunda.
Atasız böyüdü, o mərd böyüdü,
Ona kömək oldu ana öyüdü,
El-oba Əliylə qürur duyurdu,
Canın fəda etdi vətən yolunda.
Ana gözlərinin yaşı qurumur,
Qorxaqlar dar gündə vətən qorumur,
Poladdan dərs alan düşməndən qorxmur,
Canın fəda etdi vətən yolunda,
Canın fəda etdi vətən yolunda.
Rauf İlyasoğlu






























