Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - Rəsmi açıqlama

Bu barədə GunAz.az-a AQTA-dan bildirilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.
Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.