
Ağdərə rayonunda bıçaqlanma hadisəsi baş verib.
GunAz.az məlumatına görə, hadisə Suqovşan qəsəbəsində qeydə alınıb. İyunun 24-ü gecə saat 1 radələrində Tərtər rayon sakini Elzamin Ağazadə Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Sadiq Qəhrəmanovla mübahisə edib. Mübahisə zamanı E.Ağazadə A.Qəhrəmanovu bıçaqlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.






























