SON DƏQİQƏ
» » Millət vəkilindən şəhid ailələrinə bayram sovqatı-FOTO

Millət vəkilindən şəhid ailələrinə bayram sovqatı-FOTO

Tarix:

9-03-2017, 15:46

/ 3 659 dəfə oxundu.
Millət vəkilindən şəhid ailələrinə bayram sovqatı-FOTO

Nərimanov rayonunda yerləşən "Çinar” kafesində millət vəkili, Adil Əliyev seçiciləri, şəhid ailələri, Milli Qəhrəman anaları və əlil xanımlarla göruş keçirmişdir.
Adil Əliyev 8 mart - Beynəlxalq Qadınlar bayramı münasibəti Ilə anaları, bacıları təbrik edərək dedi: "Bu gün torpaqlarımız uğrunda canlarından keçmiş Azərbaycan oğullarının analarını, bacılarını, övladlarını yad etmək, onlara qayğı göstərmək hər birimizin borcudur. Onlar şəhidlərimizin əmanətidir”.
Millət vəkili rayonun ictimai-siyasi həyatında, dövlətçilik naminə, seçki kampaniyasında fəal iştirak edən ictimaiyyətçi xanım, vətənpərvər şair Mərcan Şahbuzluya söz verdi. Mərcan Şahbuzlu hər zaman seçicilərinin yanında olan, onlara bacardığı qədər köməkliyini əsirgəməyən millət vəkili Adil Əliyevə təşəkkürünu bildirdi, xanımları 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti Ilə təbrik edərək "Ana” şeirini söylədi.
Azərbaycanın Milli Qəhrəmanı həkim-döyüşçü Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova bütün anaları təbrik etdi və seçicilərini unutmayan Adil müəllimə minnətdarlığını bildirdi.
Azərbaycanın Milli Qəhrəmanı, igid sərkərdə Allahverdi və qardaşı, müstəqil Azərbaycanın ilk sabiq millət vəkili olmuş, lakin Mütəllibovun hakimiyyəti dövründə xain qüvvələr tərəfindən qətlə yetirilmiş və cəmi 36 il ömür sürmüş vətənimizin qeyrətli oglu Eldar Bağırov qardaşlarının 85 yaşlı bacısı Həqiqət xanımın adından qızı Gülşən Məmmədova cıxış edırık dedi: - Adil Əliyev 10 ildən çoxdur ki, seçicilərinin etimadını qazanib, hər bir seçicisinin xeyir və şərində iştirak edir, öz maddi və mənəvi köməkliyini əsirgəmir. Allahdan Adil müəllimə cansağlığı arzulayıram.
Tədbirdə mərhum professor Rövşən Mustafayevin ba-cısı Natəvan Mustafayeva və başqaları da çıxış edərək Adil Əliyevə öz minnətdardıqlarını bildirdilər.
Bol nemətli süfrədə tort kəsmə mərasimindən sonra şəhid ailələrinə, əlillərə, seçicilərə bayram hədiyyələri təqdim edildi.
Rauf İlyasoğlu

Millət vəkilindən şəhid ailələrinə bayram sovqatı-FOTO

 

Millət vəkilindən şəhid ailələrinə bayram sovqatı-FOTO

 

Millət vəkilindən şəhid ailələrinə bayram sovqatı-FOTO

 

Millət vəkilindən şəhid ailələrinə bayram sovqatı-FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ