
“Amerika müharibəyə birbaşa ona görə girdi ki, o, bunu etməsə, sionist rejim tamamilə məhv olacaqdı. Müharibəyə onu xilas etmək üçün daxil oldu, lakin bundan heç nə qazanmadı”.
GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei deyib.
ABŞ-nin İranın nüvə obyektlərinə hücum etdiyini bildirən Xamenei, onların Beynəlxalq Məhkəmə qarşısında cavab verəcəklərini qeyd edib: “İslam Respublikası qalib gəldi və qarşılığında Amerikaya ağır bir zərbə vurdu. ABŞ-nin mühüm Əl-Udeyd Hərbi Bazasına hücum etdik. Bu, kiçik bir hadisə deyil, böyük bir hadisədir”.
Xamenei, həmçinin onlara qarşı ediləcək hər bir hücuma cavab olaraq ABŞ bazalarını hədəfə alacaqlarını vurğulayıb.