SON DƏQİQƏ

BMU-da təntənəli məzun günü - Fotolar

Tarix:

Bu gün, 16:50

/ 4 566 dəfə oxundu.
BMU-da təntənəli məzun günü - Fotolar

Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ili üzrə məzun günü keçirilib. 
GunAz.az xəbər verir ki, universitet rəhbərliyi, dövlət rəsmiləri, məzun və valideynlərin qatıldığı buraxılış mərasimi Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqində məzunlara ən səmimi təbriklərini çatdıran universitetin rektoru Yaqub Piriyev buraxılış mərasimini bilik, zəhmət və əzmkarlıqla dolu illərin bəhrəsi kimi qiymətləndirib.
Rektor bildirib ki, məzunların qarşısında karyera dövrü, özlərini reallaşdıra biləcəkləri iş yerləri və geniş hədəflər dayanır.
BMU-da əldə olunan bilik və təcrübənin məzunları doğru yola aparacağını vurğulayan rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhsilə göstərdiyi diqqətdən danışıb, dövlət proqramları əsasında nüfuzlu xarici universitetlərə təhsil almağa gedən gənclərin sırasında BMU məzunlarının da olacağına əminliyini ifadə edib. 
Ali məktəbin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və artan nüfuzundan bəhs edən Yaqub Piriyev bu günlərdə açıqlanan “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında BMU-nun dünya üzrə ilk TOP minlikdə yer alan Azərbaycanın 6 universitetindən biri olmasını qürurverici fakt kimi önə çəkib.
Rektor builki qəbul planında olan yenilikləri- yeni ixtisasların açılması və Çinin Pekin Kimya Texnologiyaları Universiteti ilə birgə 3 ixtisas üzrə ikili diplom proqramı çərçivəsində kadr hazırlığına başlanılmasını, eləcə də bu ildən universitetdə tədris olunan 6 ixtisas üzrə beynəlxalq akkreditasiyanın aparılmasını BMU-nun inkişafının bariz göstəricisi kimi xarakterizə edib.
Ali təhsil ocağının rəhbəri bu il universitetdən ümumilikdə 1191 tələbənin məzun olduğunu nəzərə çatdırıb, həmçinin müvafiq statistik göstəricilərə toxunub. BMU məzunlarının işlə təminatı məsələsinə də diqqət çəkən rektor bu cəhətdən ali məktəbin ölkəmizdə öncül mövqeyə sahib olduğunu nəzərə çatdırıb.
Sonra tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Nigar Məmmədova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış ediblər.
Ardınca 2024-2025-ci tədris ilinin bakalavr, həmçinin magistratura səviyyəsi üzrə fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.
“İnformasiya texnologiyaları” ixtisasından məzun olan universitet birincisi Səidə Ərəbova tədbirdə çıxış edərək 2013-cü ildə 635 balla qəbul olduğu Azərbaycan Tibb Universitetini bitirdikdən sonra innovativ sahələrə böyük marağından irəli gələrək təhsilini ikinci dəfə BMU-da almaq qərarından danışıb. Karyerasına süni intellekt sahəsində nüfuzlu şirkətlərin birində başladığını deyən S.Ərəbova müəllimlərinə minnətdarlıq edib.
Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və Xalq artisti Röya Ayxanın ifaları, həmçinin universitetin özfəaliyyət kollektivinin hazırladığı bədii proqramla davam edib.








скачать dle 12.1

Şərhlər