
Raqif Orucov xatirəsinə
Murov Qartalı – Raqif Orucov
Murov Qartalı – Raqif Orucov
Murov zirvəsindən uçdu biir qartal,
Onun qəhrəmanlığı sanki bir xəyal.
Şərəfli yol ilə göyə ucaldı,
İgidliyi onu zirvə ucaltdı.
Düşmənə qılınc tək çevrildi sözü,
Həyat ona öyrətmişdi dözümü.
Şəhidin ruhuna Murov baş əydi,
Vətənə Raquf tək oğul gərəkli.
Dumanlar qoynunda qaldı izləri,
Şimşək tək çaxırdı onun nərəsi.
Vətənə sevdalı igid qəhraman
Qarşında baş əyir daima zaman.
Qanından boyandı torpağın, daşı,
Bayrağa büküldü şanlı silahı.
Ey Murov qartalı, ruhunuz şaddır,
Qəlbimiz içində ölməz bir addır.
SEVDA İBRAHİMLİ 04.04.2025