SON DƏQİQƏ
» » “Anadolu Qartalı-2023”: Pilotlarımız uçuş başladı

“Anadolu Qartalı-2023”: Pilotlarımız uçuş başladı

Tarix:

29-04-2023, 16:43

/ 1 707 dəfə oxundu.
“Anadolu Qartalı-2023”: Pilotlarımız uçuş başladı

"Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.
скачать dle 12.1

Şərhlər