SON DƏQİQƏ

Şəhid qardaşına el MƏHƏBBƏTİ

Tarix:

14-09-2018, 14:02

/ 10 453 dəfə oxundu.
Şəhid qardaşına el MƏHƏBBƏTİ

 

Xeyli qan itirmiş Elbrusa hər gün qan köçürülür, sistem vurulur, təzyiqi yoxlanılırdı.

Nə qədər insanlar şəhid qardaşına könüllü olaraq qan verməyə gəlirlər. Həmin gün Aprel döyüşlərində Pəncəli Teymurovla birlikdə vətən torpağını düşmənlərdən azad edərkən igidlik göstərərək şəhid olmuş əfsanəvi komandir Raqub Orucovun qardaşları Zabil və Amil də qan verməyə gəlmişdilər. Halal olsun belə oğullara.

“Murov Qartalı” ləqəbli Raqub Orucov, “Köhnə Qurd” ləqəbli Pəncəli Teymurov vətən yolunda şəhid olsalar da, xalqın qəlbində əbədi yaşayırlar.

Xüsusi təyinatlı dəstədə xidmət etmək hər oğulun işi deyil.

Famil sevinərək dedi:

- Rauf əmi! Ayağınız yüngüldür. Siz gələndən qardaşımın ayağında hissiyyatı bərpa olunmağa başlayır.

- Famil, anan Vahimə xanımın, Dədə Məmmədsəfanın dualarıdır ki, Elbrus yaxşılaşır. Təcrübəli həkimlərimizin biliyi, bacarığı və operativliyidir ki, Elbrus həyata qayıdıb. Kəramətli Dədə Məmmədsəfanın ocağına gələrək Allahdan imdad diləyərək Quran açdıran atan Nurməmməd kişinin göz yaşlarıdır ki, onu həyata qaytardı.

Bir azdan millət vəkili, ixtisasca həkim olan, lakin uzun müddət jurnalist olaraq fəaliyyət göstərmiş vətənimizin qeyrətli qızı Qənirə xanım Paşayeva yaralıya baş çəkməyə gəlmişdi.

Qənirə xanım Elbrusla doğma qardaşı tək görüşərək dedi:

- Rauf, sən niyə vaxtında xəbər etməmisən?

- Famil, gərək mənə deyəydiniz. Mən dünən bilən kimi Rəşad həkimə zəng etdim. Çox sağ olsun dünən gəlib, yoxlayıb.

Millət vəkili Elbrusa ürək-dirək verib üzünü həkim briqadasına tutaraq dedi:

- Arif həkim, mənim tələbə yoldaşımdır. Elə edin ki, Elbrusun ayağı kəsilməməlidir. Sağalmalıdır. Yoxsa mən Vahimə anaya nə deyərəm? Cərrah Arif Abdullayev Qənirə xanımla bir oxuyublar. Növbətçi həkim Afət xanım Güləhmədzadə də eyni vaxtda institutu bitirərək öz peşələri üzrə vicdanla çalışırlar.

Şöbə müdiri Eyvaz Hacıyev bildirdi ki, Elbrus Teymurovu həyata qaytarmaq üçün institutun bütün həkim və tibb işçiləri səfərbər olunmuşdu. Belə ağır vəziyyətdə olan xəstələrə, bir sözlə kimliyindən asılı olmayaraq hər bir xəstəyə burada diqqət və qayğı ilə yanaşırlar. İnstitutun direktoru İlqar Qasımovun rəhbərliyi ilə həkim və tibb işçiləri hər bir xəstəyə diqqət və qayğı göstərir. Biz burada bir doğmalığın şahidi olduq və kollektivə hörmətimiz daha da artır. Şəfalı əlləri var olsun həkimlərimizin.

Tibb bacısı Həcər Məmmədova isə gah xəstənin hərarətini yoxlayır, gah da qan köçürürdü.

Millət vəkili Qənirə Paşayevanın şəhid qardaşına baş çəkməsi Elbrusda yaşamaq ümidini daha da artırdı. Günü-gündən səhhəti normallaşan Elbrus Teymurov həkim və tibb bacılarına, eləcə də onu yoxlamağa gələn insanlara minnətdarlıq əlaməti olaraq bir damcı göz yaşları ilə sağ ol dedi.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ