SON DƏQİQƏ

Şəhidlər ölməz-Vətən bölünməz

Tarix:

22-05-2018, 17:00

/ 12 267 dəfə oxundu.
Şəhidlər ölməz-Vətən bölünməz

 

Lənkəran-Astara-Lerik səfərindən

Hansı rayona yolumuz düşsə, bir şəhid məzarı görən kimi avtomobili əyləyib, həmin müqəddəs yeri ziyarət edib dualar oxuyur, cəmi şəhidlərimizə rəhmət diləyərək yolumuza davam edirik.  

Lerik rayonunun ən hündür zirvəsində yerləşən Kaqoy kəndində yaşayan, doğulduğu kəndinə uzaq məsafədən öz xərcinə bulaq suyu çəkdirən, kəndinə yol çəkdirən, Allaha bağlı xeyirxah insan, hamının “Dədə” deyə müraciət etdiyi Məmmədsəfa kişinin xeyirxah işlərindən yazdığım kitabı vaxtilə el ağsaqqalına çatdırmışdım. Bu kitabın bir bölümü 2016-cı ilin Aprel döyüşlərində erməni quldurlarına qarşı döyəşərək igidlik göstərmiş gizir kəşfiyyatçı, cəsur döyüşçü qəhrəmanımız şəhid Pəncəli Teymurovun əziz xatirəsinə həsr olunub. Vaxtilə “Həkəri” qəzetində yazdığım məqalələrin bir qismini də kitaba daxil etmişdim. Oxucumu yormamaq şərtiylə cəmi 115 səhifə olan kitab haqda telejurnalist Elçin müəllim “El bizim, sirr bizim” verilişində bu kitaba dəyər verməsi məni çox sevindirdi.

Şəhidlər ölməz-Vətən bölünməz

 

Qəzetimizin fəxri heyətinin üzvü, Əməkdar müəllim, yazıçı Səlim Əzimovun kitab haqda “Təzadlar” qəzetində yazdığı analitik məqaləyə görə qələm dostumuz, el ağsaqqalı Səlim müəllimə təşəkkürümü bildirirəm. Əlbəttə ki, şəhid haqda, xeyirxah mərd insanlar haqda kitab yazmaq müəllifə də şərəf gətirir.

Professor dostum Hacı Zahid Səttar oğlu ilə Lerikə gedərkən bir neçə dəfə şəhid Pəncəlinin valideynlərinə, qardaşlarına baş çəkib, çay süfrəsi ətrafında xeyli dərdləşmişdik.

Şənbə günü qərara gəldim ki, o doğma elləri yenidən ziyarət edim. Dədə Məmmədsəfa kişi demişkən - “Məndən çox yazma, mən nə etmişəm ki? yeznəm şəhid Pəncəlidən yaz” - sözləri yadıma düşdü.

El-obanın dərd-sərinə yanan, imkansıza əl tutan ağsaqqalında olan ürəyə əhsən dedim.

Taksi sürücüsü Bakıdan bizi təzə yolla - Masallı-Lənkəran və Astara magistralı ilə Pensər kəndinə gətirdi. Biləsuvar, Salyanı görmədən kəsə yolla gəlsək də, bu yol hələ tam istifadəyə verilməyib. İnşallah, ikitərəfli yol istifadəyə verildikdən sonra bu yollarda qəza hallarının sayı da yəqin ki, azalacaqdır. Əgər sürücülər sürət həddinə, ötmə əməliyyatına fikir versələr,

Pensər kəndindən Kaqoya - yəni dağa qalxmaq üçün “Niva”lar köməyimizə çatdı. Çünki sıldırımlı ensiz yollarla dağa qalxmaq çox təhlükəli olsa da, sağ olsun Məmmədsəfa kişini ki, öz şəxsi təşəbbüsü ilə kəndinə yol çəkdirib, savab iş görüb.

Niva sürücüsü Nərbala Səmədov bizi sağ-salamat dağa aparıb, sonra da Pensər kəndinə gətirdi.Şəhidlər ölməz-Vətən bölünməz

Əzərüd kəndinin məzarlığında gizir, şəhid qardaşlarımız Pəncəli Teymurovun məzarını ziyarət etdik. Xatirə olaraq şəkil çəkdirdik. Şəhidlərimizin ruhuna fatihə oxuyub Pəncəlinin yaşadığı evə gəldik. Bizə doğma olan bu ailə həmişəki kimi bizi çox mehriban qarşıladılar.

Pəncəlinin atası Narməmməd kişi, anası Vahimə xanım, qardaşları Elbrus, Eldos, Əfrayıl və Famil, kürəkənləri Murad və Valehin birgə köməkliyi sayəsində şəhid qəhrəmanımızın adına öz xərclərinə bir muzey tikmişlər. Muzeyin açılışı olmasa da, ilk dəfə bu muzeyi ziyarət edib şəhid Pəncəlinin geyim əşyaları, orden və medalları ilə tanış olduq.

Şəhidə həsr olunmuş kitabımı, eləcə də jurnalist-şair dostumuz Gülzar Şəmkirlinin təsisçisi və baş redaktoru olduğu “Qoşa ulduz” jurnalını, həmçinin lənkəranlı dostum Yaşar Zeynalovun təsisçisi və baş redaktoru olduğu “Yeni nəşrlər” kataloq jurnalını muzeyə təqdim etdim. Şəhid ailəsinin sevincinə sevindim, kədərinə də çox kədərləndim.

Xalqımızın gözündə əsl qəhrəman olan Pəncəli Teymurov, polkovnik Raqub Orucov haqda yazılmış kitabları, Aprel döyüşlərinin qəhrəmanları haqda jurnal və qəzetləri görərkən çox qürurlandım.

Bir məsələni də qeyd edim ki, Pensər kəndindən Turadi kəndinə qədər asfalt yol çəkilsə də, Turadi kəndi ilə Əzərüd kəndi arasında məsafə 2,5 kilometr yol asfaltlanmayıb, çox nahamardır. Hansı ki, nə qədər insan şəhid Pəncəlinin məzarını ziyarət etməyə gələrkən çox əziyyətlər çəkir. Yağışlı, qarlı havada isə gediş-gəliş tam kəsilir. Çox acınacaqlı haldır işi yarımçıq saxlamaq!Şəhidlər ölməz-Vətən bölünməz

Şəhid Pəncəlinin toyunda muğam ifaçısı, vətənpərvər insan Manaf müəllim iştirak etmiş, toyu ürəklə idarə etmiş və Pəncəlinin öz toyunda dediyi sözləri indi onun məzarında - sinə daşında yazıldığını oxuyarkən çox qəhərlənsək də, belə mərd, cəngavər, qeyrətli vətən oğluyla qürur duyuruq: “Hər zaman xalqım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”.

Şəhidin öz toyunda səsləndirdiyi arzusu.

İlahi! Pəncəlidə ürəyə bax! Əhsən ürəyinə, qəlbinə, şəhid qardaşımız! Sənin adına gərək dövlətimiz muzey tikə, yol çəkdirə, xiyabanlar sala, valideynlərinin şəxsi hesabına tikdirdiyi bina sənin ziyarət yerin, görüş yerindir. Vaxt gələcək bu muzeyin səs-sorağı hər tərəfə yayılacaqdır. Gözüyaşlı şəhid anasının görün arzusu nədir? - “Rauf, bizim heç kəsdən umacağımız yoxdur, nə pul, nə var-dövlət.

Prezidentimiz İlham Əliyevlə, Birinci vitse-prezidentimiz Mehriban xanımla görüşmək istəyirəm. Bizim qapımız hər kəsin üzünə açıqdır”.

Mən əminəm ki, sizin bu sözlərinizi istər İlham Əliyevə, istərsə də Mehriban xanıma çatdırsalar, onlar mütləq sizinlə görüşə də gələrlər.

Qardaşlarının arzusu isə Pəncəliyə Milli Qəhrəman adının verilməsidir. Hələ sağlığında bir çox orden və medallar alan şəhidlərimiz Pəncəli Teymurov da, polkovnik Raqub Orucov da xalqımızın qəlbində əsl qəhrəmandırlar. Onlar Milli Qəhrəman adına layiq görülsələr də, Müdafiə Nazirliyində qeyri-millətdən olan yüksək çinli zabitlər buna qəsddən yol verməsələr də, şəhidlərimiz xalqımızın qəhrəman oğullarıdırlar.Şəhidlər ölməz-Vətən bölünməz

Pensər kəndində, eləcə də Əzərud kəndinə çatmamış yolun kənarında “Bizim şəhidlər”i görərkən ayaq saxlayıb igid oğullarla qürur duyuruq.

Sarvan Quliyev 1994-cü ildə, Bəxtiyar Rüstəmov 1993-cü ildə, Pəncəli Teymurov isə 2016-cı ildə Aprel döyüşlərində igidliklə döyüşərək şəhid olublar. Sağ olsun xalqımız, belə oğulları heç zaman unutmur.

Şəhidlər ölməzdir, vətən bölünməz,

Onlar ən yüksəkdə zirvələrdədir.

Duyğusu olmayan bu hiss bilməz,

Şəhidlər əlçatmaz zirvələrdədir.

 

Aprel döyüşləri zəfər yoluydu,

Düşmən vahiməyə düşdü o gecə.

Pəncəli ürəkli, Allah quluydu,

Quldurun bağrını deşdi o gecə.

 

Rauf İlyasoğlu

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ