SON DƏQİQƏ
» » Qəhrəmanın məğrur baxışı bizi qələbəyə səsləyirdi

Qəhrəmanın məğrur baxışı bizi qələbəyə səsləyirdi

Tarix:

21-04-2017, 18:31

/ 4 072 dəfə oxundu.
Qəhrəmanın məğrur baxışı bizi qələbəyə səsləyirdi

Aprelin 20-də Bakıdakı Əl oyunları idman sarayında əfsanəvi komandir, polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr olunmuş Cüdo turniri keçirilmişdir. Rəsmi açılışdan əvvəl Aprel döyşülərində, eləcə də Qarabağ müharibəsində torpaqlarımızı müdafiə edərkən şəhid olmuş soydaşlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edildi və baxışlar Azərbaycan bayrağına zillənməklə Dövlət Himnimiz səsləndirildi.
Raquf Orucovun əzəmətli portreti hər tərəfdə asılmış və qəhrəmanın məğrur baxışı bizi qələbəyə səsləyirdi. Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi, Olimpiya və Dünya çempionu Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyasının rəsmisi Ağayar Axundzadə, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Fuad Muradov, Azərbaycan Kinqboksinq Federasiyasının  Qəhrəmanın məğrur baxışı bizi qələbəyə səsləyirdiPrezidenti, millət vəkili Adil Əliyev, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli və şəhid polkovnik-leytenant Raquf Orucovun qardaşı Zabil Orucov vətənpərvər ruhlu çıxış etdilər. Ağayar Axundzadə Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Azman Holdinqin tərkibinə daxil olan Cüdo kubok 2012-nin keçirdiyi beynəlxalq turnirin bütün iştirakçılarını təşkilat komitəsi adından salamladı. AKF-nın Prezidenti, millət vəkili Adil Əliyev polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş Cüdo yarışlarında iştirak edənlərə həm təşkilat komitəsi adından, həm də öz adından təşəkkürünü bildirdi və dedi:
- Əziz idmansevərlər! Bu gün dövlətimiz şəhidlərimizə layiqincə qiymət verir və onların xatirəsini əziz tutur. Biz öz qəhrəmanlarımızı unutmamalıyıq. Kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucov kimi oğullar heç zaman xalqımızın qəlbindən çıxmayacaq. Aprel döyüşləri sübut etdi ki, biz işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik. Bizim güclü ordumuz var. İlham Əliyev kimi Prezidentimiz, Ali baş Komandanımız var. Biz tezliklə digər işğalda qalan yaşayış məntəqələrimizi, ərazilərimizi düşmən tapdağından azad edəcəyik.
Adil Əliyev zalda iştirak edən qəhrəmanın qohumlarını da salamladı və Azərbaycan Güdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə də təşəkkürünü bildirdi.
Şəhid Raquf Orucovun qardaşı Zabil Orucov çıxışında xüsusilə vurğuladı ki, bu gün polkovnik-leytenant, komandir, əsgəri ilə birlikdə bir səngərdə torpağımızı qoruyaraq şəhid olursa, vəzifəsindən asılı olmayaraq hər kəs vətənini, torpağını, dövlətini qorumağa borcludur.
Zabil Orucovlar ailəsi adından təşkilat komitəsinə, tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Sonra yarış başladı. Rusiya və Gürcüstan cüdoçularının da iştirak etdiyi yarış uğurla başa çatdı və qaliblər mükafatlandırıldı.
Tədbir hər kəsdə qürur hissi oyatdı. Raquf Orucov kimi vətən oğulları xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Rauf İlyasoğlu

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ