SON DƏQİQƏ
» » Kikboqsinqçilərin Azərbaycan çempionatı başa çatıb

Kikboqsinqçilərin Azərbaycan çempionatı başa çatıb

Tarix:

27-03-2017, 16:22

/ 6 537 dəfə oxundu.
Kikboqsinqçilərin Azərbaycan çempionatı başa çatıb

 

Bu günlərdə Azərbaycan Kikboqsinq Federasiyasının təşkilatçılığı ilə Kadetlər və Yeniyetmələr üzrə Azərbaycan çempionatının açılış mərasimi olmuşdur. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Tanınmış idmançıların, idman həvəskarlarının, respublikamızın ayrı-ayrı bölgələrindən gəlmiş 1000 nəfərə yaxın kikboqsinqçilərin iştirakı ilə keçirilmiş Respublika çempionatını Azərbaycan Kikboqsinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev açaraq tədbir iştirakçılarını salamladı və Kikboqsinq Federasiyasının üzvü olmuş, aprel döyüşlərində torpağımızı erməni quldurlarından qoruyarkən şəhid olmuş Çingiz Qurbanovun, eləcə də Vətən uğrunda şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Adil Əliyev ölkə prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan danışdı və çempionatı açıq elan etdi.
Sonra kikboqsinqçilər yarışa qatıldılar və qızğın döyüşlər başladı. Təcrübəli məşqçilər və hakimlər briqadası yarışı diqqətlə izləyir və qalibləri elan edirdilər.
Həmişə olduğu kimi, "Uniklinika”nın həkim və tibb işçiləri yarışda zədə almış kikboqsinqçilərə ilk tibb yardım edirdilər. Üç gün davam edən Respublika çempionatında qaliblərə diplomlar təqdim edildi.
Klublar üzrə qələbə qazanan "Qızıl Əlcək” idman klubu (yeniyetmələr üzrə) Kuboka sahib oldular. Baş məşqçi, Dünya çempionu Rəhim Allahverdiyev AKF-nın prezidenti Adil Əliyevə təşəkkürünü bildirdi.
Kadetlərarası Azərbaycan çempionatında komandalar üzrə II yerə "Dinamo” idman klubu (baş məşqçi Hakim Hacıyev) layiq görüldü.
Ramil Səfərov adına Cənub idman klubu, İbad Hüseynli adına kikboqsinq klubu və digər klublar yarışda fərqləndilər.
"İdman sağlamlıq deməkdir. Yeniyetmə yaşlarından idmanla məşğul olan idmançılar zərərli vərdişlərdən əl çəkir və cəmiyyətə yararlı bir vətəndaş kimi böyüyürlər. Bu günün sağlam idmançıları sabahın əsgərləridirlər.
Sağlam və güclü ordu üçün sağlam və güclü idmançılar lazımdır. Ordumuz günü-gündən güclənir. Güclü ordumuzun sayəsində tezliklə düşmən tapdağında inləyən torpaqlarımızı təcavüzkar erməni quldurlarından azad edəcəyik. Azərbaycan idman ölkələri kimi tanınır və dünya səviyyəli yarışlara ev sahibliyi edir” - deyən Adil Əliyev tədbir iştirakçılarına və idmançılara təşəkkürünü bildirdi.
Müxtəlif bölgələrdən gəlmiş kadetlər və yeniyetmələrdən ibarət kikboqsinqçilərimiz ayrı-ayrı çəki dərəcələrində I, II və III yerləri bölüşdürərək Azərbaycan çempionatında fərqləndilər və İdman və Turizm Nazirliyinin diplomlarına layiq görüldülər.
AKF-nin Prezidenti Adil Əliyev və idarə heyətinin üzvləri, eləcə də 2016-cı ildə torpaqlarımızın azadlığı uğrunda əlil olmuş kəşfiyyat qrupunun rəhbəri, baş leytenant, igid Qəhrəman Kamil Musavi də qalibləri təbrik etdilər.
Rauf İlyasoğlu

Kikboqsinqçilərin Azərbaycan çempionatı başa çatıb

 

Kikboqsinqçilərin Azərbaycan çempionatı başa çatıb

 

Kikboqsinqçilərin Azərbaycan çempionatı başa çatıb

 


 

 

скачать dle 12.1

Şərhlər