SON DƏQİQƏ

Azərbaycanlı kikboksçunun Amerikalı rəqibi

Tarix:

31-01-2017, 16:11

/ 5 186 dəfə oxundu.
Azərbaycanlı kikboksçunun Amerikalı rəqibi

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü,bir sıra nüfuzlu yarışların qalibi tanınmış peşəkar Xəyal Əhmədov 2017-ci ilin mart ayının 25-də Almaniyanın Frankfurt şəhərində peşəkar yarışda iştirak edəcək.
Bu barədə danışan idmançı yarışa ciddi hazırlaşdığını bildirib.
"Dünyada Azərbaycan adını ucaltmaqdan gözəl hiss ola bilməz. Bir idmançı üçün öz dövlətinin himnin ifa olunması və bayrağını ucaldılmasında şərəfli heç nə yoxdur. Rinqə bu amalla çıxırıq. 
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev bizə tövsiyyələrində bunun xüsusi qeyd edir.
Rəqibim Amerikalı kikboksçu Kris Taylordur. Kifayət qədər təcrübəli və güclü idmançıdır. Qələbə qazanacağıma inanıram”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ