SON DƏQİQƏ

"Qoca Canavar"ın sücayəti

Tarix:

25-06-2018, 11:13

/ 10 351 dəfə oxundu.
"Qoca Canavar"ın sücayəti

"Qoca Canavar"-Pəncəli Teymurov Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulmuş altı ixtisasdan altısına da yiyələnmişdi.

(1.Dağ hazırlığı,2.Snayper hazırlığı,3.Hərbi dalğıc hazırlığı,4.Paraşüt-Desant hazırlığı,İstehkamçı hazırlığı,4.Ekstremal şəraitdə sağ qalma hazırlığı).Bu çətin kurslardan uğurla keçməkdə ona məhz Vətən sevgisi, minlərlə həmvətənlisinin yurdundan-yuvasından didərgin düşməsi, Xocalı faciəsinin qan donduran dəhşətli kadrları, qız gəlinlərə verilən insanlığa sığmayan işgəncələrin intiqamını almaq arzusu kömək etmişdi. O uşaqlıqdan arzusunda olduğu müəllimliyi, "Qırmızı beret"ə sahib olmağa dəyişməsəydi "Qoca Canavar" ola bilməzdi, çünki millətinə qarşı törədilmiş dəhşətli cinayətin intiqamını almaq arzusu ona heç vaxt rahatlıq verməyəcəkdi..O bu şərəfli yolu seçəndə yolun sonunun hansı zirvədə dayanacağını bilirdi və Azərbaycanın hərb tarixində yeganə hərbiçidir ki öz toyunda, bəlkə də ömrünün ən xöşbəxt günündə özünə Vətəni üçün şəhid olmağı arzulamışdı. 17 illik çətin və şərəfli xidmət həyatından sonra "Qoca Canavar" ləqəbli Pəncəli Teymurov 2016-cı ilin aprelində Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid oldu və arzuladığı kimi üç rəngli bayrağa bükülərək elinə obasına döndü..Şəhid qardaşımızı böyük hörmət və ehtiramla yad edirik...

Allah rəhmət eləsin!

Elvin Abbaslı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ