SON DƏQİQƏ
» » Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

Tarix:

7-05-2024, 10:19

/ 3 360 dəfə oxundu.
Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin bir neçə gün öncəki açıqlamasına rəğmən Şuşaya səfər etməsi və Şuşada olmaqdan məmnunluğunu ifadə edib, Cıdır düzündən video-müraciət yayması ABŞ-dakı erməni lobbisini də “narahat” edib.
GunAz.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin mətbuat konfransında erməni jurnalist bu yöndən sual verib. O soruşub ki, səfirin səfərinin əhəmiyyəti nədir və nazirlərin (Bayramov-Mirzoyanın 10 mayda keçiriləcək Almatı görüşü – red.) görüşündən gözləntilər nədən ibarətdir?
Miller cavabında deyib: “Mənim bununla bağlı heç bir şərhim yoxdur”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ