SON DƏQİQƏ

Dənizdə batan 4 nəfərin 2-i qardaşdır

Tarix:

Bu gün, 16:43

/ 2 345 dəfə oxundu.
Dənizdə batan 4 nəfərin  2-i qardaşdır

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan şəxslərdən ikisinin meyiti tapılıb.
GunAz.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
скачать dle 12.1

Şərhlər