
Fransada güclü istilər fonunda 13 nəfər suda boğularaq ölüb.
GunAz.az-ın Franceinfo.fr-yə istinadən xəbərinə görə, bu barədə milli mülki müdafiə nümayəndəsi Jerom Bulanj məlumat verib.
"İyunun 20-si axşamdan bəri Fransada 13 nəfər boğulmadan həyatını itirib", - deyə o bildirib.
Jerom Bulanjın sözlərinə görə, isti hava ilə əlaqədar boğulma riski artır. Bunun qarşısını almaq məqsədilə polis su hövzələri olan ərazilərdə patrul xidməti həyata keçirir.
O qeyd edib ki, Fransanın böyük hissəsində istilər artmağa davam edir. İyunun 22-də isti hava səbəbindən 49 departamentdə qırmızı, 40 departament isə narıncı təhlükə səviyyəsi qüvvədədir.
Jerom Bulanj əlavə edib ki, bütün ölkə daxilində ekstremal istilərlə mübarizə üçün 250 000 yanğınsöndürən səfərbər edilib.































