SON DƏQİQƏ

Fazil Əhmədov vəfat etdi

Tarix:

7-05-2024, 11:25

/ 2 215 dəfə oxundu.
Fazil Əhmədov vəfat etdi

Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Fazil Əhmədov vəfat edib.
GunAz.az xəbər verir ki, o, ötən gün 74 yaşında dünyasını dəyişib. 
Qeyd edək ki, Əhmədov Fazil Zaməddin oğlu 1950-ci ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olub. O, 1968-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda təhsil alıb. Daha sonra Qəbələdə məktəb müəllimi işləyib. 1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə ADU-nun Ümumi və Azərbaycan dilçiliyi kafedrasında, daha sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib. 2005-ci ildə  Azərbaycan dilçiliyi kafedrası üzrə dosent elmi dərəcəsi adını alıb.
34 məqalə, 1 dərslik, 3 proqram, 1 lüğət, 2 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.
1991-ci ildə çap olunmuş bircildlik “Azərbaycan ədəbi dili tarixi” kitabının, 1994-cü ildə hazırlanmış üçcildlik  “Azərbaycan dilinin tarixi lüğətinin”, 2000-ci ildə çapdan çıxmış MTK-nın 6-cı sinfi üçün “Ədəbiyyat” dərsliyinin həmmüəlliflərindən biri və redaktoru olub.
2005-ci ildə “XVIII Azərbaycan ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu”, 2018-ci ildə “Köməkçi nitq hissələrinin semantik  xüsusiyyətlərinin tədrisi məsələləri” adlı dərs vəsaiti çap olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ