SON DƏQİQƏ
» » Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi

Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi

Tarix:

18-05-2024, 20:42

/ 3 953 dəfə oxundu.
Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
GunAz.az xəbər verir ki,bu gün Xaçmazda yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə yaradıb.
Belə ki, sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər.
Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb.
Əraziyə avtomobillərin hərəkətin bərpa etmək üçün Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.
скачать dle 12.1

Şərhlər