
İtaliya Baş naziri Corciya Meloni 2027-ci ildə qanuni müddətdən bir neçə ay əvvəl – apreldə parlament seçkiləri keçirməyi düşünür.
GunAz.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Meloni reytinqinin aşağı düşməsindən qorxur, həmçinin hesab edir ki, 2027-ci ilin sonunda keçiriləcək seçkilər növbəti hökumətə büdcəni qəbul etmək üçün çox az vaxt qoyacaq.
“Bloomberg” qeyd edib ki, Baş nazir artıq bu variantı parlamenti buraxmaq və seçkilərin təyin edilməsindən məsul olan Prezident Sercio Mattarella ilə müzakirə edib.































