SON DƏQİQƏ

190 min hektar alov içində

Tarix:

Bu gün, 09:40

/ 3 242 dəfə oxundu.
190 min hektar alov içində

Rusiyanın Krasnoyarsk diyarında əlçatmaz ərazilərdə baş verən genişmiqyaslı meşə yanğınlarının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub.
GunAz.az xəbər verir ki, bu məqsədlə Zabaykalye diyarından 50 nəfərlik yanğınsöndürən-desant qrupu bölgəyə göndərilir.
Zabaykalye Diyarı Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, qrup Xilokski, Nerçinski, Krasnoçikoyski, Tunqokoçenski, Sretenski, Petrovski və Çita bələdiyyə dairələrinin aviasiya bölmələrinin əməkdaşlarından formalaşdırılıb.
Bildirilib ki, xilasedicilər quru texnikası və helikopterlərin istifadə edilə bilmədiyi ərazilərdə alovla mübarizə aparacaqlar. Qrupun tərkibində belə mürəkkəb şəraitdə eniş və əməliyyat təcrübəsi olan mütəxəssislər yer alıb.
Məlumata görə, desantçıların bölgədə təxminən bir ay fəaliyyət göstərməsi planlaşdırılır.
Qeyd edək ki, bu, Zabaykalyedən göndərilən ikinci qrupdur. İyunun 15-də daha 30 yanğınsöndürən-desantçı artıq Krasnoyarsk diyarına çatdırılmışdı.
Hazırda bölgənin meşə ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq olunur. Rəsmi məlumatlara əsasən, yanğınların əhatə etdiyi sahə 190 min hektarı ötüb.
скачать dle 12.1

Şərhlər