
Təbrizdə altı qanunsuz qızıl emalı emalatxanasında aparılan yoxlamalar nəticəsində 14 ton qızıl filizi aşkar edilib.
GunAz.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Aparılan yoxlamalar zamanı beş nəfər saxlanılıb.
Qızıl filizlərinin Qaradağ bölgəsindəki qızıl yataqlarından qanunsuz şəkildə çıxarıldığı bildirilib.































