
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb.
Məlumata görə, virusa yoluxan şəxslərin ümumi sayı 1 048 nəfər təşkil edir, bu isə əvvəlki günlə müqayisədə 45 nəfər çoxdur.
Hazırda tibb müəssisələrində 371 xəstə nəzarət altındadır. Tam sağalanların sayı isə 112-ə çatıb. Xəstəlikdən ölüm səviyyəsi 25.5% olaraq qeydə alınıb.
Nazirliyin məlumatlarına əsasən, Ebola xəstələri ilə təmasda olanların izlənməsi göstəricisində kəskin artım müşahidə edilib və bu rəqəm 70.8%-ə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, epidemiyanı tam nəzarətə götürmək üçün bu göstərici 95% olmalıdır.































