SON DƏQİQƏ

BDU-nun müəllimi vəfat edib

Tarix:

8-01-2017, 13:20

/ 2 550 dəfə oxundu.
BDU-nun müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin baş müəllimi, tarix elmləri namizədi Musayev Aydın Hacıbala oğlu dünyasını dəyişib. 1982-ci ildən dünyasını dəyişənə qədər BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. Aydın Musayev 1951-ci il iyulun 22-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-1977-ci illərdə İsmayıllı rayonu, Vəndi kənd orta məktəbində müəllim, 1977-1979-cu illərdə Bakı şəhəri, Hövsan kəndi 118 №-li məktəbdə müəllim, 1977-82-ci illərdə Azərbaycan Dövlət Universitetində Ümumi tarix kafedrasında müəllim,1982-ci ildən dünyasını dəyişənə qədər Bakı Dövlət Universitetinin "Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi" kafedrasında baş müəllim işləyib. 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ