SON DƏQİQƏ

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Tarix:

7-05-2024, 19:54

/ 2 868 dəfə oxundu.
Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.
GunAz.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.
Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ