SON DƏQİQƏ

Bu xəstəlikləri olanlar donor ola bilməz

Tarix:

Bu gün, 08:02

/ 2 345 dəfə oxundu.
Bu xəstəlikləri olanlar donor ola bilməz

"Astma və ya hipertoniyadan əziyyət çəkən şəxslərin donor kimi qan verməsinə icazə verilməməlidir".
GunAz.az xəbər verir ki, bu barədə rusiyalı terapevt Anastasiya Timoşenko NEWS.ru-ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, həmçinin infeksion (yoluxucu) xəstəliklər, qaraciyər sirrozu və ürək qüsurları da əks-göstəriş hesab olunur.
"İnfeksion xəstəlikləri (insanın immunçatışmazlığı virusu (HIV), sifilis, virus hepatitləri, vərəm, bruselyoz, tif - qarın yatalağı və tulyaremiya) olan insanların qan verməsi qəti qadağandır. Bu qrupa, həmçinin bədxassəli şişlər, qan xəstəlikləri, psixi pozuntular, alkoqolizm və narkomaniya kimi somatik xəstəlikləri olan şəxslər də daxildir. Ürək və damar xəstəlikləri də qan vermək imkanını istisna edir. II-III mərhələli hipertoniya, ürəyin işemik xəstəliyi və ürək qüsurları açıq əks göstərişlərdir".
Timoşenko xəbərdarlıq edib ki, bronxial astma, qaraciyər sirrozu, eləcə də sidik yolları sistemi xəstəlikləri də mümkün donorları bu qrupdan kənarlaşdırır.
скачать dle 12.1

Şərhlər