SON DƏQİQƏ
» » ABŞ Suriyanın Dirazzur əyalətinə aviazərbələr endirib - Ölən və yaralananlar var

ABŞ Suriyanın Dirazzur əyalətinə aviazərbələr endirib - Ölən və yaralananlar var

Tarix:

29-07-2019, 18:35

/ 1 928 dəfə oxundu.
ABŞ Suriyanın Dirazzur əyalətinə aviazərbələr endirib - Ölən və yaralananlar var

ABŞ koalisiyası Suriyanın Dirazzur əyalətinin şərqinə şiddətli hava zərbələri endirib.

GunAz.az SANA-a istinadla xəbər verir ki, ABŞ koalisiyasının hava zərbələri Suriyanın Dirazzur əyalətinin əz-Zurr kəndi ərazisinə endirilib.

Yerli mənbələr hava zərbələri nəticəsində çoxlu sayda ölü və yaralıların olduğunu bildirir.

Qeyd edək ki, əz-Zurr kəndi Fəratın şərqində ABŞ koalisiyasının dəstəklədiyi kürd bölmələrinin nəzarətindədir.

Suriya Xarici İşlər Nazirliyi ötən ay ABŞ-ın Suriyadakı hərbi qüvvələrinə görə və separatçı kürd bölmələrinə dəstək verdiyinə görə BMT-ə şikayət etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ