SON DƏQİQƏ
» » Bakı-Təl-Əviv-Bakı reysləri bu gündən bərpa olunur

Bakı-Təl-Əviv-Bakı reysləri bu gündən bərpa olunur

Tarix:

Bu gün, 10:54

/ 3 264 dəfə oxundu.
Bakı-Təl-Əviv-Bakı reysləri bu gündən bərpa olunur

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 28-dən etibarən Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.
Bu barədə AZAL-dan  bildirilib. Qeyd edilib ki, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi.
Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
скачать dle 12.1

Şərhlər