SON DƏQİQƏ

AZAL məlumat yaydı- ARTIQ BAŞLAYIR

Tarix:

8-12-2023, 10:11

/ 1 568 dəfə oxundu.
AZAL məlumat yaydı- ARTIQ BAŞLAYIR

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir.

Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuş dekabrın 10-da həyata keçiriləcək.
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, Doha mədəni görməli yerləri, dəbdəbəli otelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir.
Əlavə edək ki, aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.скачать dle 12.1

Şərhlər