SON DƏQİQƏ

Praqaya getmək istəyənlərin NƏZƏRİNƏ

Tarix:

1-12-2023, 10:21

/ 1 931 dəfə oxundu.
Praqaya getmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Praqaya və əks istiqamətdə olan uçuşlar üçün yeni endirim kampaniyasına start verib.

Bu barədə AZAL məlumat yayıb.
Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq.
Kampaniya çərçivəsində Bakıdan Praqaya və əks istiqamətdə biletlərin qiyməti 555 manatdan başlayır. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.
Bu kampaniya sərnişinlərə Praqaya səyahətin planlaşdırılması zamanı qənaət etmək və Çexiya paytaxtının gözəlliyi, mədəniyyəti ilə tanış olmaq imkanı yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də, AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
AZAL-ın xüsusi təklifi ilə Praqanı görmək şansını qaçırmayın!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ